Tovuzda 3 yaşlı uşaq dərmandan zəhərlənib öldü

Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Median.Az “Report”a istinadən məlumat verir ki, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.