Naftalanda 2 avtomobil toqquşub, yaralananlar var

Naftalan şəhərinin Qaşaltı kəndində avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

Median.Az “Report”a istinadən bildirir ki, hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralıların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.