YAP-çı gənclər Bakıda qələbə yürüşü keçirir – FOTO

Bu gün keçirilən prezident seçkilərində İlham Əliyevin qalib gəldiyini bildirən YAP üzvü olan gənclər Bakıda yürüş keçirirlər.

Median.Az APA-ya istinadən xəbər verir ki, “Qoşa qala qapısı”nın yanından başlayan yürüş davam edir.

İştirakçılar oradan “Fəvvarələr meydanı”na, daha sonra “Sahil bağı”na yürüş edəcəklər.

Sonda konsert proqramının təşkil olunacağı bildirilir.