Qarabağda işğalçı ölüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçusu həlak olub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 1998-ci il təvəllüdlü Alek Karapetyan aprelin 15-də hərbi hissə ərazisində aldığı güllə yarasından ölüb.

Hadisənin təfərrüatı araşdırılır.