Nazir müavini iş mərkəzindəki yanğından danışdı – VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın təxminən üç saatdan artıq davam edib.

Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini yanğının gec söndürülməsini su qıtlığı ilə əlaqələndirib:

“Hazırda yollarda tıxac var və bu da yanğınsöndürən maşınların hadisə yerinə vaxtında cəlb edilməsinə çətinlik yaradıb”.

Onun sözlərinə görə, yanğına 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb olunub. Xəsarət alan yoxdur.

Etibar Mirzəyev hazırda yanğının səbəbləri araşdırıldığını qeyd edib.