Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb

Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun “VAZ-2106” markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

Onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.

Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb.

Ona hadisə yerində ambulator yardım göstərilib.

* * * * *

Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.