XİN: Yaponiyadakı zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır

Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə REAL-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Qurum bəyan edib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.