Xızıda qadın özünü hərəkətdə olan avtobusdan atıb

Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.

Median.Az Report-a istinadla xəbər verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb.

Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.