Azərbaycanda meşə yanğını – 10 hektar ərazidə

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, yanğının Aşağı Seyfəli kəndi ərazisindəki ağaclıq, kolluq olan ərazidə qeydə alındığı bildirilir. Yanğın təxminən 10 hektar sahəni əhatə edir.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.