Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bu gün təxminən saat 08:00-da “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” xəttinin avtomotik idarəetmə sistemində problem yaranıb.

Bu barədə metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, nəticədə qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib:

“Buna görə də, qatarların bir qismi “Memar Əcəmi”, bir qismi isə “Azadlıq prospekti” stansiyasından geri qaytarılıb və sərnişinlər düşürülüb.

Yalnız bəzi qatarlar “Dərnəgül” stansiyasına qədər hərəkət edə bilir. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb”.