Şahinlərimiz Konya səmasını fəth edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2018” beynəlxalq təlimi keçirilir.

İyulun 6-dək davam edəcək təlimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.