Gürcüstanda şaxtada qəza: Ölənlər var

Gürcüstanın Tkibuli şəhərində yerləşən Mindeli adına şaxtada baş verən qəza nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Median.Az xəbər verir ki, bununla bağlı Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Gürcüstan DİN-in mətbuat xidməti 4 nəfərin ölümü ilə bağlı informasiyanı təsdiqləyib.

“Hadisə yerində xilasetmə işlər davam etdirilir. Qəzanın baş vermə səbəbi məlum deyil”, – telekanalın məlumatında deyilir.