Bakıda qolu sarğılı qadın küçə süpürür – FOTO

Bakının mərkəzində qolu sarıqlı qadın küçə süpürür.

Median.Az-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsində Pərviz Bağırov adlı şəxs əli sarğılı qadının küçə süpürməsini əks etdirən fotonu paylaşıb.

O qeyd edib ki, foto Nizami küçəsində çəkilib. Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Səbail rayon İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır.