Salyanda naməlum avtomobil piyadanı vurub, qaçıb

Median.Az xəbər verir ki, iyulun 23-də Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Arbatan kənd sakini Davud İbrahimov vurulub.

Piyada hadisə yerində ölüb.

Salyan RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır.