Biləsuvarda “VAZ 2107” iki piyadanı vurub

Median.Az xəbər verir ki, avqustun 12-i saat 23 radələrində Biləsuvar şəhəri ərazisində rayon sakini Ravil Rzayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakinləri Qabil Qasımovu və Famil Əsgərovu vurub.

Nəticədə Q.Qasımov hadisə yerində keçinib, digər zərərçəkmiş isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Biləsuvar RPŞ-də faktla bağlı araşdırma aparılır.