Narkotiklərin qanunsuz dövriyyəsinə görə 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 40 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Ağcabədi RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ənvər Musayevin həyətyanı sahəsindən
10 ədəd çətənə kolu, Qəbələ RPŞ-nin əməkdaşları isə rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Ağayevə məxsus həyətyanı sahədən 7 ədəd çətənə kolu, evinə baxış zamanı əlavə 320 qram marixuana aşkar ediblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.