Qarışqa sancan azərbaycanlıya 16 min manat sığorta ödənilib

Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib.

Median.Az fed.az-a istinadən xəbər verir ki, müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb.

Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb və sığorta şirkəti onun xərclərini ödəyib.