Azərbaycan şahmatçısı ermənistanlı rəqibi ilə heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-da keçirilən “Sinquefield Cup” turnirində ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Oyun heç-heçə ilə yekunlaşıb.

Nəticədə Ş. Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

Qeyd edək ki, “Sinquefield Cup” turnirinin mükafat fondu 300 min dollardır. Turnirin qalibi 75 min dollar qazanacaq.