Bakıda mağazadan qızıl üzük oğurlayan qadın saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 18-də rayon ərazisindəki mağazadan 1550 manat dəyərində qızıl üzük oğurlayan Bakı şəhər sakini Xalidə Quliyevanı saxlayıblar.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.