Xətai rayonunda avtomobildən pul oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisində “Hyundai” markalı avtomobildən, içərisində 9700 manat pul olan çantanı oğurlayan Bakı şəhər sakini Teymur Quluzadəni saxlayıblar.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.