Beyləqanda “VAZ 21099” aşıb, sürücü ölüb

Median.Az xəbər verir ki, sentyabrın 5-i saat 17 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.
DIN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.