DİN əməkdaşları Əmircanda narkotik satan şəxsi saxlayıblar

Median.Az xəbər verir ki, DIN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sultanbaba Sultanovun həyətyanı sahəsindən 1 kiloqram 310 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.