Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub – FOTO

Azərbaycanda yeni unikal silah istehsal olunub.

Median.Az “report”a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.

Əllə idarə olunan və 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.