Qala qəsəbəsində “Mercedes” piyadanı vurub öldürüb

Median.Az xəbər verir ki, sentyabrın 26-ı saat 19 radələrində Qala qəsəbəsində Bakı şəhər sakini Zaur Məlikaslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi İmran Ağayevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.