Rəqsanənin ana olması xəbəri yalan çıxdı – AÇIQLAMA

Ötən gecə yerli mediada yeddi aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovanın ana olması ilə bağlı xəbərlər yayılıb.

Müğənninin meneceri Nigar bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

O söyləyib ki, müğənni hazırda Rusiyada xəstəxanada həkim nəzarəti altındadır.

Xatırladaq ki, Rəqsanə İsmayılova ana bətnində suyun qurtarması və erkən doğma riskinin olması diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.