Neftçalada üç yaşlı uşağı cərəyan vurdu

Neftçala rayonunda azyaşlı uşağı elektrik cərəyanı vurub.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

2015-ci il təvəllüdlü Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.