Paytaxtda piyadaları vurub, qaçan sürücülər saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 7-i saat 21 radələrində A.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Sədrəddin Şahməmmədov vurulub. Zərərçəkmişə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan, “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmin Əhmədli saxlanılıb.

Bundan başqa, oktyabrın 6-ı saat 21 radələrində Məhəmmədi qəsəbəsində paytaxt sakini Anar Cəlalinin avtomobillə vurulması nəticəsində, aldığı xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilməsi barədə Sabunçu RPİ-nə məlumat daxil olub.

Əməliyyat-xaxtarış tədbirləri nəticəsində “VAZ-2103” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aqil Salmanov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.