Flora Kərimovanın heç yerdə olmayan şəxsi arxiv görüntüsü yayıldı – FOTO

Xalq artisti Flora Kərimovanın heç yerdə olmayan arxiv görüntüsü yayılıb.

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşat Kəsəmənli atasının anım günü münasibətilə sosial şəbəkədə fotolarını paylaşıb.

Fotolardan biri – canlı əfsanə Flora Kərimova ilə çəkilən şəkil izləyicilərdə böyük maraq doğurub.

Xatırladaq ki, şair, publisist Nüsrət Kəsəmənli 1945-ci ildə anadan olub, 2003-cü ildə 57 yaşında vəfat edib. Bir çox müğənnilər, eləcə də Flora xanım onun sözlərinə yayılmış bir çox mahnıları ifa ediblər.

Sözügedən fotonu təqdim edirik:
//baku.ws