Bakı və Qubada narkotik satan şəxslər saxlanılıb

Median.Az xəbər verir ki, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Qasımovdan 435 qram marixuana götürülüb.

Bundan başqa, Quba RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Zərdabi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cavid Nəcəfovdan 385 qram marixuana aşkar ediblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.