Bərdədə avtomobil qaçıran rayon sakini saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 16-da Bərdə şəhərinin ərazisindən şəhər sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Mehdili kənd sakini Bəxtiyar Əliyev, kənd ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.