Abşeron sakinindən qundağı kəsilmiş tüfəng götürülüb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Abşeron rayon sakini Elnur Mirzəyevin “Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.