Astara sakini həmyerlisinə qarşı soyğunçuluq edib

Median.Az xəbər verir ki, oktyabrın 21-də Astara rayonunun Qamışovka kəndi ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Mirzəyev həmyerlisi Rafiq Ağayevə zor tətbiq edərək pulunu əlindən alıb.

B.Mirzəyev Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.