Şabranda “VAZ 2106” dirəyə çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, oktyabrın 22-i saat 6 radələrində Şabran şəhərinin ərazisində Pərvin Meylanverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.

Şabran RPŞ-də faktla bağlı araşdırma aparılır.