Bakının bir hissəsində su olmayacaq

Bakının bəzi rayonlarında içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.