Saray qəsəbəsində piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 20-i saat 20 radələrində Abşeron RPİ-nə Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Malik Həbibovun müəyyən edilməmiş avtomobillə vurulması və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın “Mitsibishi” markalı avtomobillə törədildiyi, sürücünün isə hadisə yerindən yayındığı müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakini Vüqar Cumayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.