Xudat şəhərində heroin satan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Xaçmaz RPŞ-nin əməkdaşları Xudat şəhəri, H.Əliyev küçəsi, ev 26-da yaşayan, RF vətəndaşı Elçin Balasoltanovun üzərindən narkotik vasitə – heroin aşkar ediblər.

Dindirmə zamanı E.Balasoltanov narkotik maddəni həmin küçədə, 48 saylı evdə yaşayan Nizami Duraxanovdan aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində sonuncu saxlanılıb. Məlum olub ki, o E.Balasoltanova 20 manata 3 ədəd bükülmüş vəziyyətdə heroin satıb. Onun evinə baxış keçirilərkən, oradan daha 2 ədəd siqaret kağızına bükülmüş heroin aşkar edilərək, götürülüb.

Faktla bağlı araşdırma aparılır.