Quba polisi 2 marketdən oğurluq edən yeniyetməni saxlayıb

Median.Az xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazadan 200 manat pul oğurlayan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma zamanı, onun daha bir mağazadan 370 manat oğurlaması məlum olub.

Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə istintaq aparılır.