Qəbələyə 5 santimetrdən çox qar yağdı (VİDEO)

Qəbələ rayonuna 5 santimetrdən çox qar yağıb.

Median.Az qəzeti Trend-ə istinadən məlumatına görə, qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.

Bildirilir ki, səhər saatlarından yağmağa başlayan qar hələ də davam etməkdədir.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağan qar kənd təsərrüfatına hər hansı ziyan vurmayıb.