Ağcabədidə faciə: qadın öz evində yanaraq öldü

Ağcabədidə üç otaqlı yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qamışdan ibarət birmərtəbəli evdə yanğın zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızı dünyasını dəyişib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.