Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb – YENİLƏNİB

Mingəçevir şəhərində yelləncəkdə boğazına kəndir dolanmaqla boğularaq ölən uşağın adı məlum olub.

Median.Az-ın Report-a istinadən məlumatına görə, bu, 2009-cu il təvəllüdlü Hüseyn Fariz oğlu Səmədovdur.

* * * * *

Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Median.Az Report-a istinadən xəbər verir ki, şəhərin Sahil küçəsində, həyətdə yelləncəkdə yellənən uşağın ehtiyatsızlıqdan boğazına kəndir dolanıb.

Köməksiz vəziyyətdə qalan səkkiz yaşlı uşaq orada boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.