Yasamal rayonunda qadını öldürən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Yasamal rayonu ərazisində, kirayədə yaşadığı mənzildə aşkar edilib.

Yasamal RPİ və rayon prokurorluğu əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törədən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.