Binəqədi rayonunda avtomobil piyadanı öldürüb, qaçıb

Median.Az xəbər verir ki, noyabrın 17-i saat 3 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Elman Salehov vurulub.

Nəticədə piyada hadisə yerində ölmüşdür.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.