Yeni icra başçısı rəisi vəzifəsindən azad etdi

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rəisi işdən azad edib.

Median.Az
unikal.org-a istinadən xəbər verir ki, Elxan Allahverdiyev Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Məmmədov Azər Bəybala oğlunu tutduğu vəzifədən azad edib. Onun yerinə isə Zamanov Elmin Elbəyi oğlu təyin edilib.

Binəqədi rayon İcra Hakimiyyətindən xəbəri təsdiqləyiblər.