Biləsuvarda vətəndaşdan hədə-qorxu yolu ilə pul alan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 22-də Biləsuvar rayonunun Aşağı Gürəli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Kəlbiyev həmkəndlisi olan bir nəfəri, barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat pul alıb.

Biləsuvar RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında R.Kəlbiyevi saxlayıblar.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.