Goranboyda naməlum avtomobil piyadanı öldürüb, qaçıb

Median.Az xəbər verir ki, noyabrın 23-ü saat 20 radələrində Veyisli kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Əjdər Quliyev vurulub.

Nəticədə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

Goranboy RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.