Tovuzda “KİA” aşıb, sürücü ölüb

Median.Az xəbər verir ki, noyabrın 29-u gecə saat 3 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində kənd sakini Elnur Abbasov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

Nəticədə Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş sürücü orada ölüb.

Tovuz RPŞ-də faktla bağlı araşdırma aparılır.