Tərtər və Zərdabda avtomobil qaçıran şəxslər saxlanılıblar

Median.Az xəbər verir ki, Tərtər rayonunun Sarov kəndi ərazisindən kənd sakini Adil Məmmədova məxsus “VAZ-21063” markalı avtomobil qaçırılıb.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini Tural Əmirli avtomobillə birgə saxlanılıb.

Bundan başqa, Zərdab RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindən, Çallı kənd sakini Ərzuman Aləşrəfova məxsus “Mercedes” markalı avtomobil qaçıran 3 yeniyetməni avtomobillə birgə saxlayıblar.

Faktlarla bağlı araşdırmalar aparılıb.