Biləsuvarda bıçaqlanma hadisəsi qeydə alınıb

Median.Az xəbər verir ki, ötən gün Biləsuvar rayon mərkəzi xəstəxanasına bıçaq xəsarəti ilə rayon sakini Ramin Yaqubov (1991-ci il təv.) daxil olub və onun həyatı həkimlər xilas edilib.

Zərərçəkmişin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

RPŞ-də faktla bağlı araşdırma aparılır.