Abşeron polisi evlərdən oğurluq edən paytaxt sakinini saxlayıb

Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Abdullayev saxlanılıb.

Araşdırma zamanı, onun bu il avqustun 19-dan noyabrın 9-dək olan müddətdə daha 4 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması müəyyən edilib.

RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə istintaq aparılır.