Bakıda zibil maşını piyadanı vurub öldürdü – VİDEO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Zibil daşıyan maşın orta yaşlı kişini vuraraq öldürüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.